Cəbrayılda minaya düşən ANAMA əməkdaşı evə buraxıldı
    • 27-07-2021, 17:54
    • 503

Cəbrayılda minaya düşən ANAMA əməkdaşı evə buraxıldı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşı - Nəsirov Bəhruz Tapdıq oğlunun Cəbrayıl rayonu ərazisində minaya düşməsi ilə bağlı məlumat yayıb.

ANAMA-dan News24.az-a daxil olan məlumatda deyilir:

"İyulun 27-də Agentliyin əməkdaşı 1979-cu il təvəllüdlü Nəsirov Bəhruz Tapdıq oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minanı zərərsizləşdirən zaman dirəyin altında quraşdırılan digər bir minanın partlayışı baş verib.

Nəticədə Nəsirov Bəhruz Tapdıq oğlu partlayış zamanı üzərində olan xüsusi qoruyucu geyim və dəbilqə sayəsində müxtəlif dərəcəli yüngül bədən xəsarətləri alıb, ilkin tibbi müayinə edilərək evə buraxılıb".

"İşğaldan azad edilmiş ərazilərin mina və partlayıcı qurğularla yüksək səviyyədə çirklənməsini nəzərə alaraq təhlükəsizlik səbəbindən bir daha vətəndaşlarımızı həmin ərazilərə xüsusi icazə olmadan daxil olmamağa çağırırıq", - ANAMA-dan bildiirlib.