Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olundu
    • 28-07-2021, 10:29
    • 215

Saatlıda toy qaydalarını pozan şəxs müəyyən olundu

Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini E.Nərimanovun təyin olunmuş qaydaları pozaraq evinin həyətində 68 nəfər qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən olunub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi ilə profilaktiki söhbətlər aparılıb və mövcud qaydalara ciddi riayət etməsi tapşırılıb.