-
- 30-07-2021, 17:15
- 454
"Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır - Yaqut Qarayeva
Təəssüf ki, son illərdə "Hepatit B" və "Hepatit C"yə yoluxma halları artır . News24.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
O, qeyd edib ki, bu viruslar əhali arasında böyük narahatlığa səbəb olur: "İnfeksiyaya nəzarət proqramları içərisində çox böyük sahə tutan qanla yoluxan xəstəliklərin profilaktikasıdır. Orada məhz bu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi əsas məqsəddir".