Azərbaycanda koronavirusun yeni növü qeydə alınmayıb - YAQUT QARAYEVA
    • 6-05-2021, 11:46
    • 535

Azərbaycanda koronavirusun yeni növü qeydə alınmayıb - YAQUT QARAYEVA

"Azərbaycanda koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".

Bunu News24.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycanda Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bu haqda məlumat verilib: "Əgər yeni ştamm da qeydə alınarsa, bu haqda açıqlama veriləcək".