-
- 31-07-2021, 18:26
- 605
Azərbaycanda daha 633 yeni yoluxma
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 174 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 343 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 926 nəfər müalicə olunaraq sağalıb, 5 023 nəfər vəfat edib. 5 900 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 386, bu günə qədər isə ümumilikdə 4 034 340 test icra olunub.