-
- 29-07-2021, 17:10
- 587
Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxdu
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, 181 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574 nəfər müalicə olunaraq sağalıb, 5 019 nəfər vəfat edib. 4 955 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 423, bu günə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.