"8 yeni marşrut xətti yaradılıb" - BNA sədri
    • 2-08-2021, 11:13
    • 428

"8 yeni marşrut xətti yaradılıb" - BNA sədri

"Bakıda avtobus şəbəkəsinin optimallaşdırılması istiqamətində son 6 ayda 8 yeni müntəzəm marşrut xətti yaradılıb".

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, yeni təşkil edilən bu marşrutlarla gündəlik 20 000 sərnişin rahat daşınır. Ümumi marşrut şəbəkəsinin uzunluğu isə 4,4 % artıb. /Report/