MM  Eldəniz Səlimovun  toxunulmazlığına xitam verilməsini müzakirə edir- YENİLƏNDİ
    • 3-08-2021, 11:19
    • 559

MM Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsini müzakirə edir- YENİLƏNDİ

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimat deputatların diqqətinə çatdırılır.

Təqdimatı Baş prokuror Kamran Əliyev təqdim edir. /Report/


11.00

Milli Məclisin Eldəniz Səlimovun toxunulmazlığına xitam vermək məsələsini müzakirə etmək üçün növbədənkənar iclası başlayıb.

İclasda Baş prokuror Kamran Əliyevin Milli Məclisin sədri Sahibə Qafarovaya deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün göndərdiyi təqdimata baxılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.  /Trend/