"Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır" - MN
    • 4-08-2021, 14:59
    • 326

"Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır" - MN

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.