Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır
    • 27-10-2020, 12:01
    • 727

Ermənistan ərazisində sərhəd zastavasının vurulması barədə yayılan məlumat yalandır və təxribat xarakteri daşıyır

Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur".