20 dəqiqəsini 8 minə, yarım saatını 5 minə toya gedənlər... - TOY QİYMƏTLƏRİ ARTDI
    • 4-08-2021, 17:49
    • 1 891

20 dəqiqəsini 8 minə, yarım saatını 5 minə toya gedənlər... - TOY QİYMƏTLƏRİ ARTDI

Uzun müddətdən sonra Azərbaycanda şənlik mərasimlərinin, toyların keçirilməsinə icazə verilib. Daha dəqiq desək, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən etibarən şənlik mərasimlərinin (toy, nişan, ad günü və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. 

Təbii ki, bu qərar açıqlananda evlilik arzusunda olanlarla yanaşı müğənnilər də çox sevinmişdi. Çünki pandemiya üzündən toylara qoyulan yasaq ən çox onların büdcəsinə ziyan vurmuşdu. 

Məhz bu səbəbdən də sənətçilərin əksəriyyəti toylar açılar-açılmaz az qala gündə üç məclisdə oxuyub maddi durumlarını əvvəlki vəziyyətə gətirməyə çalışırdılar. Bu səbəbdən də bəzi toy sahibləri bir çox müğənnilərin şənlik qiymətlərində artım olması haqda fikirlər səsləndirirlər.

Bəs, deyilənlər doğrudurmu? Həqiqətənmi uzun zamandan sonra arzularına çatan şou əhli toy qiymətlərini qaldırıb?

News24.az olaraq bununla bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, 

Xalq artisti Röya Ayxanın toylarda çıxış etməsi üçün tələb etdiyi qiymətdə heç bir dəyişiklik yoxdur. Onun məclisdə 20 dəqiqə iştirak etməsi 8.000 manata başa gəlir.

Müğənni Elçin Cəfərov pandemiyadan sonra toy qiymətlərində endirim edib. O, adətən şənliklərə 7 musiqiçi, bir xanım ifaçı və aparıcı ilə birgə qatılır. Bunun müqabilində isə 6.000 manat qonorar alır.

Müğənni Yeganə Mürsəlovanı toyunda görmək istəyənlər 5.000 manat ödəməlidir.

Müğənni Rəvan Qarayev də pandemiyadan sonra toy qiymətində dəyişiklik etməyib. Sənətçi Bakı ərazisində baş tutan toy məclisində oxumaq üçün 4.000 manat tələb edir.

Müğənni Dana Durdana isə toy məclisinin yarım saatını 800 manata oxuyur. 

"Cahan" qrupu da pandemiyadan sonra məclislərdə iştirakının qiymətini aşağı salanlar sırasındadır. Qrup 6 musiqiçi ilə 2.000, 10 musiqiçi ilə isə 3.000 manata toy aparır. 

Müğənni Aysel Əlizadənin isə məclis qiyməti standart olaraq qalıb. İfaçını toy, xına, ad günlərinə dəvət edən kəs onu yarım saat dinləmək üçün 2500-3000 manat ödəməlidir. 

Gənc müğənni Rəsul Əfəndiyev isə həmkarlarından fərqli olaraq məclislərdə iştirak qiymətini artırıb. Onun toyun yarım saatında iştirakı 3.000, məclisi sonadək oxuması isə 8.000 manata başa gəlir.

Elə müğənni Çingiz Mustafayev də bu məsələdə ondan geri qalmır. Çingizin toyun yarım saatında iştirakı 5000 manatdır.

Müğənni Nazim Pişyarı toy qiymətini dəyişməyib. Sənətçi məclisi 5000-6000-ə idarə edir.