-
- 5-08-2021, 11:56
- 406
Qaxda şadlıq sarayının sahibi 4 min manat cərimələndi
Qaxda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib. Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Bəyaz Saray” şadlıq sarayında təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, yoxlama zamanı toy mərasimində iştirak edən qonaqların müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq olduğu, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Əfqan Nəzirov barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o, 4000 manat cərimələnib.