-
- Bu gün, 07:40
- 99
İsrail Qəzzaya robotlarla hücum etdi
İsrail Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına ilk dəfə olaraq kamikadze robotlarından istifadə edərək yeni hücumlar həyata keçirib.
News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.
Məlumata görə, İsrail hərbçiləri xəstəxananı tanklardan atəşə tutur, həmçinin hücum dronlarından istifadə edir.
Tibb müəssisəsində təxliyəsi demək olar ki, mümkün olmayan inkubatorlarda yeni doğulmuş uşaqlar da daxil olmaqla 400-ə yaxın mülki şəxs var.
“Bu yaxınlarda iki döyüş robotu xəstəxananın yaxınlığında partlayıb və nəticədə ciddi dağıntılar törədilib, həm heyət, həm də xəstələr olmaqla 20-yə yaxın insan yaralanıb. Partlayış çox yaxında baş verib və onlar ilk dəfədir ki, bu cür robotlardan istifadə edirlər”, - xəstəxananın direktoru Hussam Abu Safiyah bildirib.