Baş prokuror Naxçıvanda bu şəxsləri mükafatlandırdı - Fotolar
    • 5-08-2021, 18:59
    • 575

Baş prokuror Naxçıvanda bu şəxsləri mükafatlandırdı - Fotolar

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, səfər çərçivəsində Baş Prokuror Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, eləcə də Sədərək rayon prokurorluğunda yaradılmış şəraitlə tanış olmuş və əməkdaşlarla görüş keçirib. 

Xidməti vəzifələrini nümunəvi icra edərək səmərəli fəaliyyətlərinə, qanunçuluq  və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunların tələblərinə uyğun olaraq, bir qrup əməkdaş “Prokurorluğun fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmiş, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.