Naxçıvan və Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu
    • 7-08-2021, 13:06
    • 627

Naxçıvan və Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu

Avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı və Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən News24.az-a verilən mılumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.