Azad olunan ərazilərdə 183 mina aşkarlandı
    • 9-08-2021, 12:25
    • 413

Azad olunan ərazilərdə 183 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan News24.az-a verilən məlumata görə, avqustun 2-dən 8-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 180, tank əleyhinə 3 mina və 112 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 127 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.