1509 nəfər COVID-19” pasportu olmadığına görə toya buraxılmadı
    • 11-08-2021, 09:26
    • 505

1509 nəfər COVID-19” pasportu olmadığına görə toya buraxılmadı

Avqustun 10-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 186 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 13 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 20 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub; 

- 1509 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.