Havada toz dumanı müşahidə olunur
    • 12-08-2021, 12:50
    • 373

Havada toz dumanı müşahidə olunur

Havada toz dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır.

Hazırda havada  tozun miqdarı normadan 3.9 dəfə çoxdur. 

Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir.