Dəhşətli yanğının qarşısı belə alındı - Fotolar+Video
    • 12-08-2021, 18:25
    • 623

Dəhşətli yanğının qarşısı belə alındı - Fotolar+Video

Ötən sutka ərzində FHN-in qüvvələri Türkiyənin Köyceğiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.


Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində yeddi dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köyceğiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.