-
- 13-08-2021, 10:11
- 581
Sığorta haqları üzrə daxilolmalar artıb
2021-ci ilin yanvar-iyul aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 210,3 milyon manat və ya 10,5 faiz artıb.
Bu barədə News24.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 milyon manat və ya 6,2 faiz qeyri-büdcə təşkilatları üzrə isə 125,0 milyon manat və ya 10,0 faiz artım olub.