-
- 13-08-2021, 13:03
- 893
Planetdə bu insanların sayı getdikcə azalır
Bu gün Ümumdünya solaxaylar günüdür.
News24.az bu günlə bağlı yazını təqdim edir:
Solaxayların sayı durmadan azalır. Daş dövründə 50 faiz, tunc dövründə 25 faiz, indi isə yalnız 5 faizdir. Hər il təxminən 2500 solaxay insan sağ əldə istifadə üçün hazırlanan əşyalardan istifadədə bədbəxt hadisə zamanı ölür. Buna görə də, onların böyük əksəriyyəti sağ əllilərdən 9 il daha az yaşayırlar.
Fərqli zamanlarda solaxaylıq pis vərdiş, şeytan əlaməti, sonralar nevroz və üsyankar insan kimi qəbul edilib. Daha sonralarsa yaradıcı və musiqi duyumlu insanlar kimi fərqləndirilib.
Valideynlərdən hər ikisi sağəlli olduğu halda uşağın solaxay doğulma ehtimalı cəmi 2 faiz, valideynlərdən biri solaxay olduğu halda isə bu, 17 faizdir. Hər ikisi solaxay olan valideylərin isə 46 faizinin övladı özləri kimi solaxay doğulurlar.
Solaxaylar əsasən yaxşı rəssam və yazıçı olur, xüsusilə boks, qılıncoynatma və üzgüçülükdə uğur qazanırlar.
Kişilər arasında solaxaylar qadınlardan daha çoxdur.
Bir çox ölkə mədəniyyətlərində sol əlin üstünlüyü o qədər də yaxşı qarşılanmır. Hətta deyirlər ki, xristianlıqda sol əli şeytanla əlaqələndirilir, müsəlmanlıqda isə bu, murdar sayılır.
Amma məşhurlar arasında solaxaylar çoxdur:
Qay Yulu Sezar
Makedoniyalı İsgəndər
Janna Dark
Napoleon Bonapart
Benjamin Franklin
Ronald Reyqan
Corc Buş (böyük)
Corc Buş (kiçik)
Bill Klinton
Mahatma Qandi
Benyamin Netanyahu
Barak Obama
Leonardo da Vinçi
Albert Eynşteyn
İsaak Nyuton
Nikola Tesla
Bill Qeyts
Rokfellerlər
Mikelancelo
Pablo Pikasso
Çarli Çaplin
Merlin Monro
Cim Kerri
Tom Kruz
Robert De Niro
Ancelina Coli
Mila Yovoviç
Nikol Kidman
Culiya Roberts
Demi Mur
Vin Dizel
Kianu Rivz
Ceyson Stetham
Skarlet Yohanson
Frederik Şopen
Lüdviq Van Bethoven
Volfqanq Amadeus Motsart
Stinq
Eminem
Aristotel
Frans Kafka
Hans Kristian Andersen
Aleksandr Puşkin
Lev Tolstoy