Hüseyin Həsənov bakılılardan üzr istədi
    • 13-11-2018, 15:06
    • 2 691

Hüseyin Həsənov bakılılardan üzr istədi

Rusiyada yaşayan azərbaycanlı instagram fenomeni Hüseyin Həsənov Bakıda sevənləri ilə görüşdən sonra yaranmış gərginlik və qarışıqlığa görə paytaxt əhalisindən üzr istəyib.

Bloger Hüseyin şəxsi instagram hesabında Bakıdakı izdihamlı görüntüləri paylaşaraq, üzrxahlıq şərhi yazıb: “Bu mənim Bakıdakı fanatlaırm ilə ilk görüşüm idi. Görüş zamanı yollar və ticarət mərkəzlərinin qarşısı bağlandı. Şəhərdə yaranmış xaosa görə üzr istəyirəm. Mən sizi sevirəm”.

Xatıladaq ki, Hüseyin Həsənovun “28 Mall”da sevənləri ilə görüşündən sonra xoşagəlməz hadisələr yaşanmışdı. Blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurmuşdu. Əzilən avtomobillərin şüşələri də çatlayıb. Instagram-da 7 milyon izləyicisi olan Hüseynlə görüşmək istəyənlər bunun üçün çox canfəşanlıq edib. Kütlənin çılğınlığından ən çox ətrafdakı nəqliyyat vasitələrinin sahibləri ziyan çəkib.