![Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO](/uploads/posts/2021-08/1628922521_5b3de0cc5055b-zzzzjpg.jpg)
-
- 14-08-2021, 10:29
- 1 785
Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.
News24.az bildirir ki, bu haqda axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.
Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.
![](/uploads/posts/2021-08/1628921913_esfsf.jpg)