Ölümlə nəticələnən cinayət işinin ibtidai istintaqı tamamlandı
    • 14-08-2021, 10:39
    • 427

Ölümlə nəticələnən cinayət işinin ibtidai istintaqı tamamlandı

Mayın 2-də 1984-cü il təvəllüdlü Siyəzən şəhər sakini Hüseyn Hüseynova qaynı tərəfindən sağlamlığına ağır xəsarət yetirilməsi və onun almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Siyəzən rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qaynı Qabil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Hüseyn Hüseynova xəsarətlər yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən xəstəxanada ölüb.

Toplanmış kifayət qədər sübutlar əsasında Əliyev Qabil Valeh oğluna Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.