Balın xeyiri, əks göstərişi və saxlanma müddəti...
    • Bu gün, 15:31
    • 529

Balın xeyiri, əks göstərişi və saxlanma müddəti...

Hamımızın yaxşı tanıdığı bal - bal verən arıların həyat fəaliyyətinin məhsuludur. Lakin baldan əlavə bu arıların həyat fəaliyyətinə aid edilən  digər xeyirli məhsullar da vardır. Bunlardan : mum, arı yapışqanı və tozcyqdur.

Arılar tərəfində istehsal edilən bütün məhsullar, orqanizm üçün çox xeyirli olan xüsusiyyətlərə malikdirlər.

Balın- xeyirli xüsusiyyətləri.

Bal - şəkərdən daha şirin olub, kifayət qədər kalorili məhsuldur. 100 qr balda - 300 kilokaloriy  vardır.

News24.az Milli.Az-a istinadən bildirir ki, tərkibində olan kaliy elemetinin sayəsində, bal, bakteriyaları məhv etmə xüsusiyyətinə malikdir. O, elə bir mühit yaradır ki, orada bakteriyalar yaşaya bilmir. Hər birimizin bilirik ki, bakteriyalar nəm mühitdə yaşayıb, çoxalırlar. Kaliy isə o nəm mühiti onlardan alaraq, nəticədə məhv etmiş olur.

Balın tərkibində : maqniy, dəmir, fosfor, marqanes, kaliy, xlor və kalisy vardır. Bunların hamısı torpaqda olan təbii elementlərdir ki, arının bal topladığı bitkiyə torpaqdan keçirilir. Bu o deməkdir ki, torpaq nə qədər bu minerallarla zəngindirsə, ondan alınan bal da o qədər zəngin olacaq.

Mütəxəssislərin dediyinə görə, tünd rəngli balın tərkibində, mis, açıq rəngli baldan daha çoxdur. Məhz bu səbəbədən bir çoxları tünd rəngli bala üstünlük verirlər. Hemoqlobin və onun qanda olan tərkibinin dəmirlə qırılmaz olaraq əlaqəli olması, dəmirin balın tərkibində çox olması bu məhsulu  daha xeyirli edir. Məhz dəmir, hemoqlobinin oksigeni saxlamaq  imkanının qoruyur və stimullaşdırır.

Balın tərkibində olan B2 vitamini, reproduktiv funksiyanın requlyasiyası və inkişafı üçün əvəzolunmazdır. Həmçinin bu vitamin qalxanvari vəz, dırnaq və dəri üçün lazım olan xeyirli xüsusiyyətlərə malikdir.

Həmçinin tərkibində olan nikotin turşusu orqanizmin proseslərində mühüm rol oynayıb, xolesterinin çıxarılmasına səbəb olur və damarları genişləndirir.

Bir çox xeyirli xüsusiyyətləri olan balın, digər şəkərlərdən üstün olan cəhətləri:

- oraqnizm balı çox tez və rahat həzm edir

- yüngül işlətmə xüsusiyyətinə malikdir

- həzm traktının selikli qişasına qıcıqlandırıcı təsir göstərmir

- sedativ preparat olub, sakitləşdirici təsirə malikdir

- şəkərdən fərqli olarq, böyrəklərə onu ötürmək daha rahatdır

- terapevtik xüsusiyyətlərə malikdir

Müasir zamanda bir çox insanlar stress və sinir pozğunluğundan əziyyət çəkdiklərinə görə,  bir çox sakitləşdirici preparatlar  müraciət edirlər. Lakin bütün sakitləşdiriciləri ziyansız adlandırmaq mümkün olmadığından, məhz bu xeyirli və sakitləşdirici təbii məhsulu istifadə etmək məsləhət görülür

Həmçinin bal, ağrını götürdüyündən, onu  öskürək zamanı və artrit xəstəliyindən əziyyət çəkən insanlara məsləhət görürlər.

Balın əks götərişi və ziyanı.

Bu qədər xeyiri olduğu ilə birgə, balın əks göstərişi də vardır. İlk növbədə bu məhsul, bal və onun təşkil olunduğu məhsullara allergiyası olan insanlara məsləhət görülmür. Hərdən isə balın müəyyən bir növünə allergiya da mümkündür.

Həmçinin yadda saxlayın ki, bal, 40 qradusdan yuxarı dərəcədə qaynadıqldıqa bütün xeyirli xüsusiyyətlərini itirir. 60 qradusdan yuxarı dərəcədə qaynadıldlqa isə toksik oksimetilfurfurolun ayırlması baş verir ki, bu da orqanizmə ciddi ziyan vura bilir.

Balın düzgüb saxlanılması.

Təbii məhsul olan və qatışığı olmayan bal, çox yaxşı saxlana bilir. Ən əlverişli saxlamaq qaydası  qaranlıq və soyuq mühitdir. Burada əlavə qoxunun olmaması daha məsləhətdir, belə ki, bal o qoxunu özünə hopa bilər.

Saxlanılan  qabın isə şüşə olması daha məsləhətlidir. Qabın qapağı möhkəm bağlanarsa bal,heç bir əlavə qoxunu özünə hopdura bilməz. Qətiyyən dəmir, aliminium, sink qablarda bu məhsulu saxlamaq olmaz. Bu halda balın tərkibində zəhərli maddələr əmələ gələ bilər.

Saxlanma müddəti 1 il sayılır, Belə ki, bu müddətdən sonra, bal öz xeyirli xüsusiyyətlərini aktiv itirməyə başlayacaq.