Brilliant Dadaşova Şəhid anaları və balaları ilə belə gün keçirdi - VİDEO
    • 14-08-2021, 14:10
    • 918

Brilliant Dadaşova Şəhid anaları və balaları ilə belə gün keçirdi - VİDEO

“Fire Land Production”-un rəhbəri Cəlal Qurbanov, “Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları bizə əmanətdir” deyərək, “Mənim atam qəhrəmandır” adı altında növbəti silsilə layihəsini təqdim edib.

News24.az xəbər verir ki, C.Qurbanovun övladları Fatimə və Əli subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimdə tədbirə qatılaraq şəhid övladları ilə birgə mahnılar ifa ediblər.

Fəxri qonaq qismində tədbirə qatılan Azərbaycanın Xalq Artisti, Sənət Günəşimiz Brilliant Dadaşova qəhrəmanlarımızın övladları və onların ailə üzvləri ilə öz hisslərini bölüşüb. Super Star bu ağrı-acı, eyni zamanda qürur və sevinc dolu hadisələri bir vətəndaş, bir ailənin xanımı, eyni zamanda bir ana kimi necə yaşadığından danışıb.  

Sonda qəhrəmanlarımızın övladları xalq artisti ilə birlikdə səmaya ağ göyərçinlər uçuraraq, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını göndəriblər.

Tədbirin sonunda qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olunub.

Güc birlikdədir! Biz birlikdə güclüyük!