Fanatlarının istəyi ilə "Diriliş Ertuğrul"da rol alıb...
    • 13-11-2018, 16:11
    • 1 346

Fanatlarının istəyi ilə "Diriliş Ertuğrul"da rol alıb...

Azərbaycan da daxil olmaqla, dünyanın 85 ölkəsində böyük maraqla izlənilən "Diriliş Ertuğrul" türk serialının 5-ci mövsümündən seriala daxil olan aktrisa Hande Soral maraqlı açıqlamalar verib.

News24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialda İlbilge xatun rolunu canlandıran Soral hələ seralın əvvəlki bölümlərinə baxarkən, orda rol almağı xəyal etməyib. Aktrisa bildirib ki, serialı izləməzdən əvvəl haqqında çox eşidib və bu səbəbdən "bu qədər diqqət çəkəcək, bu qədər seyr ediləcək nə edirlər ki?" düşüncəsi ilə imkan tapdıqca seriala baxıb. Serialın 5-ci mövsümündə isə gözləmədiyi halda təklif alaraq, seriala daxil olub. 
"O qədər real, o qədər gözəl çəkilmiş, yaxşı təqdim edilən bir hekayədir ki, tarixi ifadə etməsinə baxmayaraq, içində hər şey var - sevgi, intriqa, müharibə səhnələri. Bu səbəbdən belə bir uğurlu serialda rol almaqdan məmnunam" - deyən Hande onları izləyib, hər həftə reytinqlərdə başda saxlayan bütün tamaşaçılara təşəkkür edib. 
Aktrisa onu da vurğulayıb ki, hələ seralda rol almazdan əvvəl fanatları sosial media üzərindən onun seriala daxil olması üçün yaradıcı heyətə çağırış ediblər. O, bildirib ki, əvvəldə serialın yaradıcı heyətinin onun fanatlarının bu çağırışına müsbət cavab verəcəyini nə ağlına gətirib, nə də önəmsəyib. 

News24.Az