-
- 16-08-2021, 00:11
- 1 018
Vüsalənin qardaşı faciəvi şəkildə vəfat etdi
Dövlət Sərhəd Xidmətinin zabiti faciəvi şəkildə vəfat edib.
News24.az xəbər verir ki, bu gün DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadə Astaradan Lənkərana gələrkən, rayonun Dəhnə kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya düşüb.
Qeyd edək ki, Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır.