Füzulidə faciəvi hadisə -  ÖLƏN VAR
    • 3-06-2021, 14:27
    • 410

Füzulidə faciəvi hadisə - ÖLƏN VAR

Füzuli rayonunda yol qəzası olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, iyunun 2-də saat 20 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.