-
- 16-08-2021, 10:40
- 390
Zaxarova Əfqanıstana görə ABŞ-a od püskürdü - "Vaşinqtondan kömək deyil, xilas istəyirlər"
"Kabil hava limanı ABŞ-dan təxliyə üçün kömək istəyənlərlə dolu olsa da, cavab yoxdur. Bəs, insan haqlqarı?"
News24.az RİA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, ABŞ adətən baş verən bəzi hadisələrlə bağlı ara vermədən bəyənatlar yayır, əzablara son qoymağa çağırır, qanunsuzluqdan məsul olanlara qarşı sanksiyalarla təhdid edərək təcili tədbirlər görür: "Bildiyim qədəri ilə Kabil hava limanından görüntülər canlı yayımlanır - Əfqanlar təyyarələrə basqın edir və uzun illər ittifaq bağladıqları Vaşinqtondan kömək üçün deyil, xilas üçün xahiş edirlər. Nəticə isə səssizlikdir".