"Jara" bitən kimi Mariya Zaxarova Ermənistana getdi və əleyhimizə danışdı
    • 31-07-2018, 11:31
    • 2 367

"Jara" bitən kimi Mariya Zaxarova Ermənistana getdi və əleyhimizə danışdı

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan mətbuatına verdiyi müsahibədə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

 Xatırladaq ki, bu günlərdə M.Zaxarova Azərbaycanda səfərdə olmuş, "Yara" musiqi festivalında iştirak etmişdi.

News24.az-ın məlumatına görə, festivaldan dərhal sonra Zaxarova Ermənistana gedib. O, bir müddət öncə Cocuq Mərcanlıda səfərdə olmuş nüfuzlu rusiyalı nümayəndə heyətinin səfəri barədə verilən sualı şərh edərkən bildirib ki, nümayəndə heyətinin səfəri Rusiya XİN-nin mövqeyini əks etdirmir.

Qeyd edək ki, siyasi ekspert və politoloqlardan ibarət Rusiya nümayəndə heyəti Cocuq Mərcanlıda olarkən Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını qeyd edərək, işğala son qoyulmasını tələb etmişdilər. Mariya Zaxarova erməni KİV-lərinə verdiyi müsahibədə deyib: " İstənilən ölkədə çoxlu ekspert və siyasətçilər var ki, onların mövqeyi heç də dövlətin mövqeyi demək deyil"

İlhamə Rəsulova