Elmar Məlikova yüksək vəzifə verildi
    • 16-08-2021, 15:49
    • 382

Elmar Məlikova yüksək vəzifə verildi

"Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elmar Məlikova yüksək vəzifə verilib.

News24.az xəbər verir ki, belə ki, Elmar Məlikov İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin mətbuat katibi vəzifəsinə təyin olunub.

Elmar Məlikov son 5 il ərzində "Təmiz Şəhər" ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri-mətbuat katibi vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmar Məlikov həm də Ermənistanın Azərbaycan torpaqlarına təcavüzündən bəhs edən Cəhənnəmi görmüş pilot”, “Dəhliz”, “Başlanğıc nöqtəsi – Dağlıq Qazax” sənədli filmlərinin müəllifidir.