"Uğurlu insan olmaq üçün işini sevməli, məsləyinə məsuliyyətlə yanaşmalısan" - RUHİ ƏLİYEVA
    • 16-08-2021, 18:56
    • 1 007

"Uğurlu insan olmaq üçün işini sevməli, məsləyinə məsuliyyətlə yanaşmalısan" - RUHİ ƏLİYEVA

"Xeyirxahlıq insanın ürəyindən gəlməlidir. İnsanlara faydam toxunduğunu görəndə ruhən rahat oluram".

News24.az xəbər verir ki, bu sözləri iş xanımı Ruhi Əliyeva "İnstagram"ın sual cavab bölümündə yazıb. O, gənc qızlara tövsiyələrini də verib: "Gənc qızlar ilk növbədə təhsilləri barədə düşünməlidir. Uğurlu insan olmaq üçün gərək işini sevəsən və ona məsuliyyətlə yanaşasan".

İş xanımı gözəl qalmağının sirrlərini də açıqlayıb: "Qidalanmanıza diqqət edin və bol-bol su için".

R. Əliyeva geyimləri ilə bağlı sualları da cavablayıb: "Geyimlərimi özüm seçirəm, markaları reklam etməyi sevmirəm, daha çox nə yaraşsa, onu geyinirəm".