Əfqanıstan Müdafiə Nazirliyi "İnterpol"u ölkədən qaçan prezidenti saxlamağa çağırdı
    • 18-08-2021, 14:59
    • 480

Əfqanıstan Müdafiə Nazirliyi "İnterpol"u ölkədən qaçan prezidenti saxlamağa çağırdı

Əfqanıstanın müdafiə naziri general Bismilla Xan Məhəmmədi "İnterpol"u ölkədən qaçan  prezident Əşrəf Qanini "vətəni satdığı" üçün saxlamağa çağırıb.

News24.az xəbər verir ki, o, "Twitter" hesabında "Vətəni ilə alver edən və satanlar cəzalandırılmalı və saxlanılmalıdır" yazıb. 

Nazir həmçinin "İnterpol", Qanini həbs et" həşteqini də istifadə edib.