Bakıda 7 qadını aldadıb xaricə qaçdı – VİKTORİYANIN CİNAYƏT İŞİ
    • 15-03-2020, 10:26
    • 797

Bakıda 7 qadını aldadıb xaricə qaçdı – VİKTORİYANIN CİNAYƏT İŞİ

Bakıda müxtəlif qadınları aldadaraq pullarını ələ keçirən və İnterpol vasitəsilə tutularaq ölkəyə gətirilən Viktoriya İsgəndərova barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.


News24.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsində Viktoriya İsgəndərova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, yəni, dələduzluq – təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.


Iş üzrə 7 qadın zərərçəkmiş şəxs qismində tanınıb.
Qeyd edək ki, V.İsgəndərova ölkədən qaçdığı üçün İnterpol vasitəsilə tutulub.  Belə ki, "İnterpol" xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.