-
- 19-08-2021, 18:01
- 483
Azərbaycanda ana və qardaş 18 yaşlı qıza işgəncə verdi - FOTO
Azərbaycanda 18 yaşlı qız zorakılığa məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Facebook" hesabında məlumat verib. O, bildirib ki, qıza zorakılıq edən anası və qardaşı olub: "18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdıraraq bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. Xanıma verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb".