Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı olduğu aşkarlanıb
    • 20-08-2021, 11:48
    • 385

Azərbaycanda COVİD-ə yoluxanların 94 %-də Delta ştammı olduğu aşkarlanıb

" "Delta" ştammı ilə bağlı təhqiqatların son rəqəmlər göstərib ki, Azərbaycanda yayılan ştamm 94 faiz "Delta" ştammıdır". 

News24.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, məhz buna görə də yoluxma sürətlə artıb: "Bu ştammın digərlərindən fərqi odur ki, daha çox yoluxdurucudur. Buna görə də maskanın taxılması çox önəmlidir".