-
- 20-08-2021, 11:48
- 351
COVİD pasportu olmayan tələbələrin dərsə gəlməsi üçün məsuliyyəti təhsil müəssisəsinin rəhbərliyi daşıyacaq - DİN
“Monitorinq qruplarına cəlb olunan polis əməkdaşları həm də mülki geyimdə xidmət həyata keçirəcək”.
News24.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O bildirib ki, monitorinqlər həmçinin təhsil müəssisələrində də aparılacaq: “Əyani tədrisə cəlb olunan 18 yaşdan yuxarı tələbələrin COVİD pasportu olmasa, həmin təhsil müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyacaq”.