Lerikdə meşə ərazisində yanğın
    • 21-08-2021, 15:42
    • 446

Lerikdə meşə ərazisində yanğın

Lerik rayonunun mürəkkəb relyefli dağlıq ərazisindəki meşə sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova News24.az-a bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi üçün çalışırlar.