Lerikdə meşə yanğını SÖNDÜRÜLDÜ
    • 6-02-2020, 16:41
    • 864

Lerikdə meşə yanğını SÖNDÜRÜLDÜ

Lerik rayonunda meşə yanğınının qarşısı alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, fevralın 6-da, saat 14 radələrində, Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb.

Yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.