-
- 23-08-2021, 12:06
- 607
Demet Akalın ikinci uşağa hamilədir?
Türkiyəli müğənni Demet Akalın verdiyi sonuncu açıqlamaları ilə diqqət çəkib.
News24.az xəbər verir ki, sənətçi "Posta" qəzetində qızı ilə bağlı sualları cavablayıb: "Hira çox ağıllı uşaqdır. Pandemiya dövründə bir-birimizə daha da bağlandıq. Bu dövr ən çox onun təhsilinə mənfi təsir etdi. Ona görə də, tezliklə məktəblərin açılmasını gözləyirəm".
D. Akalın ikinci dəfə ana olmaq planlarından da danışıb: "İkinci övlad barəsində düşünmürük. Çünki Hira özünə nə bacı, nə də qardaş istəmir".