Xoşqədəm Hidayətqızının "Xəzər"dən ayrıldığı təsdiqləndi - RƏSMİ
    • 23-08-2021, 15:45
    • 1 234

Xoşqədəm Hidayətqızının "Xəzər"dən ayrıldığı təsdiqləndi - RƏSMİ

Teleaparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV"dən ayrılıb. Aparıcının yeni mövsümdə başqa bir kanalda veriliş təqdim edəcəyi bildirilir. 

"Xəzər TV"dən News24.az-a xəbərin doğru olduğu təsdiq edilib: "Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra “Xəzər TV”də “Səni axtarıram” verilişinin yayımı planlaşdırılmır. Qeyd edək ki, "Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Baxşəliyeva öz istəyi kanaldan ayrılıb. "Xəzər TV"nin rəhbərliyi ona bundan sonra da fəaliyyətində uğurlar arzu edir".