Hacıqabul sakinindən "patı" götürüldü
    • 24-08-2021, 11:11
    • 301

Hacıqabul sakinindən "patı" götürüldü

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi ilə bağlı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Elçin Cəbrayılov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı E.Cəbrayılov narkotik maddəni Ağaqulu adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Ağaqulu Ağamalıyev də saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Hafiz Haqverdiyev və Yaşar Rüstəmov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.