"Mən və övladlarım bu ağır imtahandan imanımız, ədəbimizlə çıxacağıq" - FƏRQANƏ QASIMOVA
    • 25-08-2021, 10:05
    • 567

"Mən və övladlarım bu ağır imtahandan imanımız, ədəbimizlə çıxacağıq" - FƏRQANƏ QASIMOVA

Xəbər verildiyi kimi, Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib.

News24.az bildirir ki, A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova sosial şəbəkədə məsələyə münasibət bildirib: "Bəzi saytlarda və sosial mediada yayılmış məlum xəbərlə bağlı fərqli yorumları oxuduqca həm təəssüfləndim, həm də təəccübləndim. Tanımadan, bilmədən özgə bir ailəni müzakirəyə çıxarmaq kimsəyə başucalığı gətirməz. Taleyin öz hökmü var. Həyat yoldaşımla tanış olarkən hər ikimiz çox gənc idik. Valideynlərimizin xeyir-duası ilə evləndik. Tanrı bizə dörd gözəl bala nəsib etdi. Böyük ailə böyük məsuliyyətdir. Çox heyf ki, hər şey arzuladığımız kimi olmur. Elnur geri dönüşü olmayan bir yol tutdu. Nə qədər çalışsaq da, onu xilas edə bilmədik. Çünki bəzi məqamlarda seçim insanın öz öhdəsinə qalır. Mən və övladlarım bu ağır imtahandan da imanımız, ədəbimizlə çıxacağıq. Bu, hər kəsin başına gələ bilər, yaxşı olar, kimsə başqasına rişxənd etməsin. Alim Qasımov sənəti, adı ilə mədəniyyətimizi zirvələrə qaldırıb. Onun adını lazımsız yerə hallandırmağa gərək yoxdur – bunun özü də bir mədəniyyətdir. Hər kəsin diqqətini çəkmiş hadisə sadəcə bizim ailə problemimizdir. Lütfən, qarışmayın”.