Jurnalistlər arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcək
    • 26-08-2021, 14:27
    • 427

Jurnalistlər arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcək

Gənclər və İdman Nazirliyi, Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, İdman Jurnalistləri Federasiyası, "Gənc Velosipedçilər" İçtimai Birliyi, "Azərbaycan Əlil Velosipedçilərə dəstək" İctimai Birliyi və BrendSport.az saytının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş "İlhamlı Qələbələr" adlı idman festivalı çərçivəsində jurnalistlər və tanınmış ictimaiyyət nümayəndələri arasında velosiped idman növü üzrə "Zəfər kuboku" keçiriləcək. 

News24.az xəbər verir ki, xanımlar və bəylər ayrı-ayrılıqda yarışacaqlar. I, ll və lll yerlərin qaliblərinə diplomlar və medallar, eyni zamanda baş sponsorlar "Natural Halı"dan xalçalar və "TOBA"dan velosiped hədiyyə olunacaq. Mükafatçılara digər sponsorlarımız "Həyat Aptek", "Soel Parfum", "İslamoğlu un məmulatları"ndan hədiyyələr təqdim ediləcək.

Yarışın rəsmi açılışı 31 avqust 2021-ci il saat 10:00-da başlayır. Açılışdan sonra velosiped yarışına start verilir. 

Ünvan: Respublika Velotreki

(20 yanvar metro stansiyası).

Yarışda iştirak üçün əlaqə telefonu: (070) 286 86 29 (whatsapp)

Qeyd: Növbəti keçiriləcək idman yarışları şahmat, stolüstü tennis, futbol və peyntbol olacaq. Festivalın bağlanış mərasimi 8 noyabr qələbə gününə nəzərdə tutulur.