Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olundu
    • 27-08-2021, 10:26
    • 272

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olundu

Yaşayış yerini tərk edən ailə üzvləri məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan News24.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində  nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayon sakini Solmaz Qasımovanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. 

Araşdırmalar zamanı sonuncunun oğlu, Azər Qasımovun da koronavirus testinin nəticəsi pozitiv çıxmasına baxmayaraq idarə etdiyi yük avomobili ilə rayon ərazisində saxlanılıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə hər iki şəxs  yaşadıqları evə göndərilib.

Fakla bağlı araşdırmalar davam etdirilir.