"Dinlədiyim müğənnilər dünyadan köçüb" - Dilarə Kazımova- VİDEO
    • 15-11-2018, 14:04
    • 3 163

"Dinlədiyim müğənnilər dünyadan köçüb" - Dilarə Kazımova- VİDEO

Xəzər Tv-də yayımlanan 5/5 verilişinin bu dəfəki  qonağı “ Eurovision 2014 ” təmsilçimiz, gənc müğənni Dilarə Kazımova olub.

Dilarə, "Üzdən Tanı" rubrikasında fotoları yayımlanan Şəbnəm Tovuzlunu, Damlanı, Talıb Taleni yalnız üzdən tanıdığını və mahnılarını eşitmədiyini bildirib.

"Azərbaycan müğənnilərindən kimi dinləyirsən sualına?" müğənni heç kimi dinləmədiyini  bildirib: “ Dinlədiyim müğənnilər rəhmətə gedib. Ən çox Rəşid Behbudov, Şövkət Ələkbərovanın mahnılarını dinləyirəm.  Alim Qasımovu da çox sevirəm. Milli, köhnə mahnıları daha çox sevirəm.”


//A.Şəlalə