Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanmış daha üç Azərbaycan idmançısını TƏBRİK ETDİ
    • 28-08-2021, 16:11
    • 463

Prezident İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanmış daha üç Azərbaycan idmançısını TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi ilə bağlı növbəti paylaşım edib.

News24.az-ın məlumatına görə, ölkə Prezidentinin “Twitter” hesabında paylaşdığı təbrikdə bildirilir: 

"“Tokio-2020” Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"