-
- 29-08-2021, 10:42
- 388
Ağsuda koronavirus xəstəsinə cinayət işi başlanıldı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Radim Qədirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs yaşadığı ünvanı tərk edərək kafeyə gedib və infeksiyanın yayılmasına real şərait yaradıb. Əraziyə həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.
R.Qədirov barəsində Ağsu RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.