Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu
    • 29-08-2021, 17:14
    • 403

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.